Taksi sürücüsü 3 nəfəri yanan “Mercedes”dən xilas etdi – VİDEO
Nəticədə 3 yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Rusiyanın Moskva şəhərində taksi sürücüsü 3 nəfəri yanan avtomobildən xilas edib. Yol-xeber.az xəbər verir ki, insident Şimali Çertanov mikrorayonu ərazisindəki tuneldə qeydə alınıb. Bu barədə yanvarın 27-də “RenTV” telekanalı məlumat yayıb.

Telekanalın məlumata görə, yüksək sürətlə idarə olunan “Mercedes” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq tunelin girişinə çırpılıb. Zərbənin şiddətindən içərisində 3 nəfərin olduğu avtomobildə yanğın baş verib.

Bildirilir ki, bu arada arxadan gələn taksi sürücüsü yanğını görərək dayanıb və insanları nəqliyyat vasitəsindən çıxarmağa başlayıb. Taksiçi öz həyatını təhlükəyə ataraq sürücünü və 2 sərnişini yanana avtomobildən xilas etdikdən bir müddət sonra isə maşın partlayıb.

 

Nəticədə 3 yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb edilib. Alovlar yanğınsöndürmə bölmələri tərəfindən ram edilib. Lakin buna baxmayaraq avtomobil yanaraq yarasız vəziyyətə düşüb.

 

 

21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı

Xəbər lenti