|
Çinin cənub-qərbində körpü ilə hərəkət edən avtomobil çaya aşıb. “Sinhua” xəbər verir ki, hadisə ölkənin Qouju əyalətinin Meytan rayonunda qeydə alınıb. Hadisəyə səbəb sürücünün diqqətsizliyi olub. Xoşbəxtlikdən sürücü qapını açaraq batan maşından çıxa bilib. “Körpüyə çatanda başım telefona qarışmışdı. Başımı qaldıranda körpüdə iki nəfər gördüm. Onları vuracağımdan ehtiyyatlanaraq maşını sola sürdüm və çaya aşırtdım”, - deyə sürücü etiraf edib.