Aldığı maşının "motor"u 2 saat sonra dağıldı: vətəndaşa qarşı DƏLƏDUZLUQ? - FOTO
Vətəndaş ona qarşı edilmiş dələduzluğun polis tərəfindən obyektiv araşdırılacağına ümid edir

Bakı şəhər sakini Akif Əsədovun başına qəribə olay gəlib. Avtosfer.az-a müüraciət edən vətəndaş bildirib ki, 3 mart tarixində Sumqayıt şəhər sakini Nicat Sehruz oğlu Zakirovdan 99 PX 717 (99 ME 305 köhnə nömrə) dövlət nömrə nişanlı, “Volswagen Passat CC” (2010-cu il) markalı avtomobili lizinq şərti ilə etibarənamə ilə 6 min manat nağd və 7 min 500 manat lizinq olmaqla pul ödəyərək alıb. Lakin cəmi 2 saat sonra avvtomobilin mühərriki sıradan çıxıb.

Avtomobili Sumqayıt şəhərində yerləşən servislərdən birində satan şəxsin tanışı olan yoxlaılıb. Amma mühərrik mexaniki olduğu üçün kompüterdə problem “aşkar edilməyib. “Avtomobili Nicat özü sürərək Bakıya gəldi. Lizinq məsələləri həll olunduqdan sonra avtomobili iş yerimin qarşısında saxladım. İşdən çıxıb evə gedəndə isə avtomobilin mühərrini sıradan çıxdı.”

İndi Akif çətin durumda qalıb. Çünki mühərrikin yenidən yığılması üçün yüksək məbləğdə pul lazımdır. Avtomobili satan Nicat Zakirov isə zərərşəkmişə dəymiş ziyanı ödəmək istəmir. “Ona məxsus olan 055 767 53 52 nömrəsinə zəng edib bildiridim ki, avtomobilin mühərriki sıradan çıxıb. Nicat "mənlik deyil, mən maşını satmışan, gerisini özün bilərsən" deyərək telefonu söndürdü.”

 

Akif Əsədov məsələ ilə bağlı Xətai rayon 37-ci polis bölməsinə rəsmi qaydada ərizə ilə müraciət edib. İndi aidiyyəti qurumlardan məsələyə hüququ qiymət verilməsini və avtomobilin geri qaytarılmasını tələb edir.

Vətəndaş ona qarşı edilmiş dələduzluğun obyektiv araşdırılacağına ümid etdiyini də bildirib.

 

Orxan

 
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı

Xəbər lenti