|
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il noyabrın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qəbirstanlıqda baş verib.
24 yaşlı Babək Fərzəliyev 21 yaşlı bacısı Aytən Fərzəliyevanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqda yaxın qohumlarının məzarını ziyarət edərkən öldürüb.
O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib, daha sonra başını kəsib.
B. Fərzəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.