|
Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtoxuliqanlar yenidən baş qaldırıb. Yol-xeber.az xəbər verir ki, hər gün gecə saatlarında "Gülüstan" sarayının və Dağüstü parkın ətrafında müxtəlif təhlükəli hərəkətlər edirlər. Eyni zamanda işıq cihazlarının biri olmayan (kor maşın), konstruksiya dəyişikliyi edilmiş, yük yerinə daş və qum yığılmış "VAZ" markalı avtomobil sürücüləri aşkar şəkildə ictimai aşayişi pozur.
Maraqlıdır ki, bu maşınlar həmin əraziyə necə gəlirlər? Yol polisindən hansı formada gizlənirlər? Yəqin ki, DYP bu barədə ciddi tədbirlər görəcək.
Qeyd edək ki, əvvəllər də adıçəkilən ərazidə analoji hallar baş verirdi. Amma uzun müddət idi ki, yol polisinin “avtoşlar” görünmürdü.
Təqdim olunan videodakı "VAZ-2107"nin qabaq işıqlarından biri yerində deyil, qabaq nömrə isə yoxdur. Avtomobilin arxası yerlə gedir, sürücü adacığın üstündə sağ-sol edib gedir.