|
Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Yol-xeber.az xəbər verir ki, 90 PB 069 dövlət nömrə nişanlı, üzərində taksi nişanı olan avtomobilin sürücüsü geriyə doğru hərəkət edir. Bu vaxt yolda dayanan şəxsi vurur. Xəsarət böyük olmasa da şəxs yıxılır. Sürücü avtomobildən düşərək yıxılan piyadanı danlayır.
Qeyd edək ki, vurulan şəxs ərazidə parkinq xidməti göstərən nümayəndədir.
Görüntüləri təqdim edirik: