|
Qismət Sultanov karantin qaydalarını pozduğu üçün saxlanılıb.
Belə ki, o, Nərimanov rayonunda saxlanılarkən polisə müqavimət göstərib.
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. Hüquq mühafizə orqanlarından BAKU.WS-ə faktı təsdiqlədilər.
Xatırladaq ki, bu, "Səbiş"in ilk həbsi deyil. 2018-ci ildə yaşadığı binada komendant işləyən şəxs ona nalayiq sözlər dediyi üçün həmin şəxsin üzərinə bıçaqla hücum çəkib.
Hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.