|
Bakıda metronun “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında insident baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, iki polis əməkdaşının sərnişinlərdən biri ilə mübahisə etdiyi və onu vaqondan çıxarmağa çalışdıqları görülür. Ancaq digər sərnişinlərin müqaviməti ilə qarşılaşan asayiş keşikçiləri buna nail ola bilmirlər.
Bildirilir ki, hadisəyə sərnişinin platformada olarkən tibbi maskadan istifadə etməməsi səbəb olub.
DİQQƏT! videoda qeyri-etik sözlər işlədilir.