Xaçmaz rayonunda gəlinini yaba ilə qətlə yetirən Məlikməmməd Adğözəlovun cinayət işi.

İttihama görə, Məlikməmməd Adgözəlov 2016-cı iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini Rəmziyyə Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.

Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. Mübahisənin davamında M.Adgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.

M.Adgözəlov ifadəsində bildirib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.

M.Adgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərindı yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.

“2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu. Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər”- deyən M.Adğözəlov ifadəsində bildirib.

M.Adgözəlov istintaqa hadisə baş verən günü bunları deyib:

“Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. “Evində fahişə saxlayan, tez ol, aç qapını” deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi”.

Hadisə barədə daha ətraflı videonun 15:00 dəqiqəsindən baxa bilərsiz.

22 Aprel 2025 Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
22 Aprel 2025 Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib- Video
22 Aprel 2025 Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
22 Aprel 2025 "Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı
22 Aprel 2025 İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı
22 Aprel 2025 Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var - YENİLƏNİB
22 Aprel 2025 Prezidentin İşlər İdarəsinin əməkdaşı vəfat edib
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar

Xəbər lenti