Bakıda itləri dalaşdıranlarla bağlı məlumat yayan şəxsə atəş açdılar
Fərid Mansurov izahatı alındıqdan sonra evə buraxılıb.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, F.Mansurov zərərçəkmiş qismində polis bölməsinə dəvət olunub:

"Mövcud hadisə ilə bağlı onun izahatı alınıb. İlkin araşdırma zamanı, şəxsə sui-qəsd edilməsinə dair fakt öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir".

***

Ötən gün Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurova silahlı hücum olub.

Bununla bağlı sosial şəbəkədə onun tanışı Emma Şahverdiyeva məlumat və videogörüntülər paylaşıb.<ins' style="padding: 0px; margin: 0px; box-sizing: border-box;">

O bildirib ki, naməlum şəxslər avtomobildən Fərid Mansurova atəş açıb. Açılan atəş nəticəsində F.Mansurov xəsarət almasa da, güllə yanındakı itə dəyərək heyvanı öldürüb.

Qeyd olunur ki, F.Mansurov baş verən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verib.

“Məlumat əsasında əraziyə gələn polis əməkdaşları F.Mansurovu paytaxtın Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparıblar. O, hələ də bölmədə saxlanılır”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, F.Mansurov ötən həftə sosial şəbəkədə itlərə psixotrop maddələr verib dalaşdıran, ölən iti kəsib digərlərinə yedirən qruplaşma üzvləri ilə bağlı məlumat yaymışdı.

Qeyd edək ki, F.Mansurov ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.

Fərid Mansurov izahatı alındıqdan sonra evə buraxılıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, F.Mansurov zərərçəkmiş qismində polis bölməsinə dəvət olunub:

"Mövcud hadisə ilə bağlı onun izahatı alınıb. İlkin araşdırma zamanı, şəxsə sui-qəsd edilməsinə dair fakt öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir".

***

Ötən gün Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurova silahlı hücum olub.

Bununla bağlı sosial şəbəkədə onun tanışı Emma Şahverdiyeva məlumat və videogörüntülər paylaşıb.<ins' style="padding: 0px; margin: 0px; box-sizing: border-box;">

O bildirib ki, naməlum şəxslər avtomobildən Fərid Mansurova atəş açıb. Açılan atəş nəticəsində F.Mansurov xəsarət almasa da, güllə yanındakı itə dəyərək heyvanı öldürüb.

Qeyd olunur ki, F.Mansurov baş verən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verib.

“Məlumat əsasında əraziyə gələn polis əməkdaşları F.Mansurovu paytaxtın Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparıblar. O, hələ də bölmədə saxlanılır”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, F.Mansurov ötən həftə sosial şəbəkədə itlərə psixotrop maddələr verib dalaşdıran, ölən iti kəsib digərlərinə yedirən qruplaşma üzvləri ilə bağlı məlumat yaymışdı.

Qeyd edək ki, F.Mansurov ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.

 
22 Aprel 2025 Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
22 Aprel 2025 Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib- Video
22 Aprel 2025 Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
22 Aprel 2025 "Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı
22 Aprel 2025 İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı
22 Aprel 2025 Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var - YENİLƏNİB
22 Aprel 2025 Prezidentin İşlər İdarəsinin əməkdaşı vəfat edib
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar

Xəbər lenti