Bakıda arvadını namus üstündə boğaraq qətlə yetirən Anar Yusifovun cinayət işi.

Hadisə  Buzovna qəsəbəsində baş verib.

Salyan rayon sakini 1983-cü il təvəllüdlü Anar Yusifov Buzovna qəsəbəsində arvadı 1984-cü il təvəlldülü Kifayət Yusifovanı boğaraq qətlə yetirib.

Anar Yusifov arvadını boğaraq öldürdükdən sonra doğulduğu Salyan rayonuna apararaq orada qəbiristanlıqda basdırıb.

Qətlin üstü isə mərhum Kifayət Yusifovanı rəfiqəsinin polisə məlumat verməsi ilə açılıb. Belə ki, Buzovna qəsəbəsində kirayədə yaşayan qadın polisə zəng edərək rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini deyib. Qadın polisə söyləyib ki, Kifayətin əri Anara zəng etdikdə ona rəfiqəsini öldürdüyünü deyib.

Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Yusifov saxlanılıb. O, ilkin ifadəsində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbiristanlıqda dəfn etdiyini bildirib.

Meyit eksqumasiya edilib və ekspertizaya göndərilib. Anar Yusifova isə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Elan olunmuş ittihamla Anar Yusifov özünü tam olaraq təqsirli bilib.

Anar Yusifov sərbəst ifadəsində əvvəlcə qətlə yetirdiyi xanımı ilə münasibətlərindən danışıb. O deyib ki, iki uşağının anası olan xanımını çox sevib, aralarında söz-söhbət, dava-dalaş olmayıb.

“Mən ailəmi həmişə hər şeydən üstün tutmuşam. Ətrafımızda olan hamı da bilir ki, mən Kifayəti necə sevmişəm. Hamı bizim ailəmizin xoşbəxtliyindən danışırdı. Belə hadisələrin baş verəcəyini gözləməzdim. Heç indi də inanmıram”- deyən Anar Yusifov daha sonra qətllə bitən hadisənin səbəblərini danışmağa başlayıb.

O bildirib ki, hər şey xanımının telefonuna gələn mesajla başlayıb. Xanımın özünü şübhəli aparması xəyanəti üzə çıxarıb.

Anar Yusifov deyib ki, hadisədən bir müddət əvvəl həmişə olduğu kimi işdən sonra evə gəlib və ailəsi ilə vaxt keçirib: “Uşaqlar da yanımda idi. Televizora baxırdıq. Sonra Kifayət uşaqları yatırmaq üçün otağa getdi. Bu zaman telefonu mən olan otaqda qaldı. Təxminən gecə saat 1 olardı. Gördüm ki, Kifayətin telefonuna mesaj gəldi. Aparıb özünə verdim. Soruşdum ki, mesaj yazan kimdi? Bu zaman qorxdu, özünü şübhəli apardı. Tələb elədim ki, telefonu mənə versin. Telefonun kodunu istədim. Yalvarmağa başladı. Dedi ki, əgər o mesajları oxusam, mənim üzümə baxa bilməz. Yalvardı ki, onun yanında oxumayım. Mənə dedi ki, icazə ver, gedim özümü öldürüm. Mən telefonu götürüb yan otağa keçdim ki, mesajlara baxım, yazanın kim olduğunu öyrənim. Yan otağa keçəndə telefonun kodu açılmadı. Geri qayıdıb kodu soruşmaq istədim. Otağın qapısı içəridən bağlanmışdı. Nə qədər döysəm də açmadı. Şüşəni əlimlə qırıb qapını açdım. Baxdım ki, Kifayət pəncərədən düşüb qaçıb. Onun arxasınca dəniz tərəfə qaçdım. Özünə qəsd edəcəyini düşündüm. Heç yerdə tapa bilmədim deyə polisə məlumat verdim”.

Anar Yusifov qeyd edib ki, bir neçə gün sonra xanımın rəfiqəsi ilə birlikdə olduğunu öyrənib: “Zəng edib onu tapdım. Xahiş elədim ki, bu məsələ aramızda qalacaq. Amma geri qayıtsın. Şərt qoydum ki, başqa bir ev tutub ayrı yaşasın. Uşaqları da görməyə apararam. Bu məqsədlə onunla bir neçə dəfə danışdıq. Əvvəlcə mənimlə görüşməyə qorxurdu. Bir dəfə gəlib evdən paltarlarını da götürdü. Mən ona heç nə etmək istəmirdim. Rəfiqəsigildə qaldığını bilirdim. Dəfələrlə görüntülü də danışırdıq. Amma bir gün hər şey tamamilə başqa cür oldu. Zəng edəndə mənimlə görüntülü danışmasını, harda olduğunu deməsini istədim. Amma açmadı. Mübahisə edəndə isə mənə “yaxşı edirəm” dedi. Mən də bircə dəfə ona dedim ki, sənin yaşamağa haqqın yoxdur”.

İfadəsinin davamında Yusifov xanımının mesajlarını oxuduğunu da söyləyib. Qeyd edib ki, həmin mesajlarda onlar arasında intim münasibətlərin olduğunu da öyrənib.

Yusifov bildirib ki, bu mübahisədən sonra arvadının yanına gedərək onu öldürüb. Daha sonra isə cəsədi Salyanda apararaq orada basdırıb.

Məhməkənin höküm ilə Anar Yusifov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Videonu təqdim edirik:

22 Aprel 2025 Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
22 Aprel 2025 Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib- Video
22 Aprel 2025 Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
22 Aprel 2025 "Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı
22 Aprel 2025 İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı
22 Aprel 2025 Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var - YENİLƏNİB
22 Aprel 2025 Prezidentin İşlər İdarəsinin əməkdaşı vəfat edib
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar

Xəbər lenti