Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib.

 

Report-un məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.

1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsidə olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

11 Aprel 2025 Araiklə başının dəstəsi prokurorun suallarını cavablandıracaqlar – TARİXİ MƏHKƏMƏ DAVAM EDİR
11 Aprel 2025 İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi
11 Aprel 2025 Mövqelərimiz TovuzqaIa istiqamətindən atəşə tutulub
10 Aprel 2025 Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir
10 Aprel 2025 Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi
10 Aprel 2025 Kartlardan daha 40 min manat oğurlandı
10 Aprel 2025 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
09 Aprel 2025 Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət verdiyini söylədi- Qalmaqala görə bu cəza verildi
09 Aprel 2025 Azərbaycanda bu əraziyə giriş qadağan edildi
09 Aprel 2025 36 nəfər hərbi xidmətə yararsız imiş... - Vəzifəli şəxslər saxlanıldılar
09 Aprel 2025 Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış
09 Aprel 2025 Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
08 Aprel 2025 “Azdrama”da aktyorlar əlbəyaxa dalaşıb?
08 Aprel 2025 İki qurumdan birgə əməliyyat - Saxlanılanlar arasında vəzifəli şəxslər də var
08 Aprel 2025 Göyçayda yas mərasimində evin eyvanı uçdu - yaralananlar var
08 Aprel 2025 DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib
08 Aprel 2025 Ağdaban qətliamından 33 il ötür
07 Aprel 2025 Azərbaycanda satılan kolbasanın içərisindən metal çıxdı
07 Aprel 2025 Mövqelərimiz intensiv atəşə tutuldu
07 Aprel 2025 Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı

Xəbər lenti