|
İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.