|
Dünyanın 1 nömrəli probleminə çevrilən koronavirus müxtəlif peşələrdə çalışan yüzminlərlə insanın həyatına son qoyub. Ölənlər arasında jurnalistlər də var. “Press emblem campaign” (PEK) qeyri-hökumət təşkilatının hesablamalarına görə, virus martın əvvəllərindən sentyabr ayına qədər 47 ölkədən 366 jurnalistin həyatına son qoyub. Ölənlər arasında ən çox Peru (82), Ekvador (40), Hindistan (36) və Banqladeşdən (31) olan jurnalistlər yer alıb.
PEK-in məlumatına görə, Rusiyada 5, Azərbaycanda isə 4 jurnalist virusun qurbanı olub. Həyatını itirən azərbaycanlı jurnalistlər arasında foto-jurnalist Fərman Bağırov, AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nəcəfzadə, İTV-nin redaktoru Əmrah Fəqanoğlu, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev var. (Modern.az)