|
Moskvada azərbaycanlı, erməni, çeçen və gürcülər arasında dava düşüb və tərəflər bir-birinə qarşı silah işlədib.
Avropa.info “Moskva” xəbərlərinə istinadən məlumat verir ki, polis dava edən 18 nəfərin saxlayıb.
Qarşıdurma Moskva şəhər Bulatnikovskaya küçəsi ev 18 yanında yol nəqliyyat hadisəsi baş verməsindən sonra baş verib.
İki qrup qafqazlı arasındakı mübahisə sonda davaya çevrilib. Hadisdə yerinə gələn polis 18 nəfəri saxlayıb. Onlardan 8-i azərbaycanlı, 7-si erməni, 2-si çeçen və biri gürcü olub.
Polis hadisə yerindən 13 ədəd travmatik tapança gilizi, çəkic, 2 bıçaq və xüsusi qaydada kəsilmiş armaturlar götürüblər.
Dava nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri qarın nahiyəsindən bıçaq yarası, əlində kəsik və qapalı kəllə-beyin travması alıb. İkinci şəxs güllə yarasından ağır yaralanıb. Üçüncü şəxs də bədənın müxtəlif nahiyələrdindən sınıqları olmaqla yanaşı, qapalı kəllə-beyin travması alıb.