|
Ötən gün Bakının Nərimanov rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsində 21 mərtəbəli binada baş verib.
1991-ci il təvəllüdlü Sevda Şikar qızı Qurbanova özünü binanın 18-ci mərtəbəsindən atıb. Gənc qız həyətdə park edilən avtomobilin üstünə düşərək yerindəcə keçinib.
Sevda Qurbanova subay olub. Onun hadisə baş verdiyi binada yaşamadığı müəyyənləşdirilib.
Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.