|
Cəlilabad rayonunda 11 yaşlı uşaq döyülüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Aysel Natiq qızı Niftullayeva atası tərəfindən döyülüb. O, qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.