|
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü şəhər sakini Əhmədov Arif Səid oğlu axşam saatlarında naməlum şəxs və ya şəxslərlə mübahisə və münaqişə zəminində bıçaqlanıb.
Sağ bud nahiyəsindən bıçaq zərbəsi alan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.