Fevralın 10-da Xəzər dənizində maqnitudası 3.3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:48-də qeydə alınıb.
Zəlzələnin ocağı səkkiz kilometr dərinlikdə yerləşib.