Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin baxış iclası baş tutub.

İttihamda yazılır ki, hadisə Bakıda inzibati qaydada saxlanılanların müvəqqəti saxlanma yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

Amma E.İbrahimov bununla razılaşmır. Məhkəmədə ifadə verən E. İbrahimov heç kimi öldürmədiyini deyir.

"Kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra gəlib mənə dedilər ki, sən sakit adamsan, amma bir də belə olsa, səni də döyəcəyik. Çingiz otaqda gəzirdi, halı özündə idi, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, bir az keçəndən sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər"- deyən Ə.İbrahimov sonradan Çingizin öldüyünü öyrəndiyini bildirib.

E.İbrahimov məhkəməyə müraciət edərək görüntülərin izlənilməsini istəyib:

"Cənab hakim, sənədlərin içində 17 dəqiqəlik video var, xahiş edirəm, ona tam baxın. Orada görəcəksiniz ki, polislər Çingizi neçə dəfə kameradan çıxarıb aparırlar, bir az keçəndən sonra gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Çingiz mənimlə mübahisə etmədən əvvəl də neçə dəfə polislər onu döymüşdü. Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".

Prosesin davamında hakim bildirib ki, MSY-də xidmət edən polislər məhkəməyə çağırılıb. Lakin onlar prosesə gəlməyib. Polis əməkdaşlarının məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb. Onlar şahid qismində dindiriləcək.

Məhkəmə prosesi sentyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.

11 Aprel 2025 Araiklə başının dəstəsi prokurorun suallarını cavablandıracaqlar – TARİXİ MƏHKƏMƏ DAVAM EDİR
11 Aprel 2025 İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi
11 Aprel 2025 Mövqelərimiz TovuzqaIa istiqamətindən atəşə tutulub
10 Aprel 2025 Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir
10 Aprel 2025 Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi
10 Aprel 2025 Kartlardan daha 40 min manat oğurlandı
10 Aprel 2025 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
09 Aprel 2025 Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət verdiyini söylədi- Qalmaqala görə bu cəza verildi
09 Aprel 2025 Azərbaycanda bu əraziyə giriş qadağan edildi
09 Aprel 2025 36 nəfər hərbi xidmətə yararsız imiş... - Vəzifəli şəxslər saxlanıldılar
09 Aprel 2025 Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış
09 Aprel 2025 Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
08 Aprel 2025 “Azdrama”da aktyorlar əlbəyaxa dalaşıb?
08 Aprel 2025 İki qurumdan birgə əməliyyat - Saxlanılanlar arasında vəzifəli şəxslər də var
08 Aprel 2025 Göyçayda yas mərasimində evin eyvanı uçdu - yaralananlar var
08 Aprel 2025 DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib
08 Aprel 2025 Ağdaban qətliamından 33 il ötür
07 Aprel 2025 Azərbaycanda satılan kolbasanın içərisindən metal çıxdı
07 Aprel 2025 Mövqelərimiz intensiv atəşə tutuldu
07 Aprel 2025 Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı

Xəbər lenti