Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Virtualaz xəbər verir ki, oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib.
İttihama görə, Ceyhun Balayev bacanağı Ramin Məmmədovla birgə paytaxtın Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında təmir işləri aparıblar. Eyvandakı taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən mənzilə daxil olublar. Mənzilin eyvanındakı taxta dolabın üst rəfindən Rusiya vətəndaşı Elxan Tarverdiyevə məxsus, içərisində 250 min dollar (425 min manat) olan, skoçla bağlanmış plastik çantanı ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Ceyhun Babayev ifadəsində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, tanışı Elşən Zamanovun ona və bacanağı Ramin Əliməmmədova mənzillərdə, tikinti yerlərində fəhlə işləri verdiyini deyib. Sonuncu dəfə bacanağı ilə birgə gündəlik 15 manata söküntü işləri aparıblar: “Mənzilin binanın həyətinə baxan eyvanında sovet vaxtından qalma şkafı sökəndə döşəmənin altındakı boşluq hissədə çemodana oxşar qutu tapdıq. Qutunun üstü yapışqan lentlə bağlanmışdı, içərisində 25 paçka (hərəsində 10 min dollar olmaqla) dollar var idi. Pulu Raminlə yarıbayarı böldük”.

C.Balayev payına düşən puldan paytaxtın “Xalqlar Dostluğu” ərazisindən özünə 110 min manata 3 otaqlı mənzil, 20 min manatına isə avtomobil alıb.
İstintaq zamanı ziddiyyətli ifadələr verən C.Balayev mənzildən 250 deyil, 150 min dollar tapdıqlarını, oğurluq etmədiklərin deyib.

Təqsirləndirilən Ramin Əliməmmədov da anoloji ifadə verib. Bacanağından geri qalmayan R.Əliməmmədov da payına düşən puldan özünə “Xalqlar Dostluğu” ərazisindən mənzil və avtomobil alıb. Yerdə qalan pulun bir qismini isə Quba rayonunun İqriq kəndindəki ata evində saxlayıb. Ailə üzvlərinə isə pulları lotereyadan qazandığını deyib : “Söküntü işləri gördüyümüz mənzildən bir mərtəbə aşağıdan pul oğurlamağımız haqda Elşən Zamanova bildirmədik. Həmin pulların hesabına özümə yaxşı şərait yaratdım. Evdəkilərə dedim ki, loterayada 140 min manat udmuşam”.

Zərərçəkmiş Elxan Tarverdiyev ifadəsində Rusiyada bizneslə məşğul olduğunu, oğurluq edilən mənzildə 25 ildir ki, daimi yaşayış olmadığını deyib: “Ötən ilin martında 250 min dolları saxlamaq üçün evə gətirib səliqəli şəkildə qutuya yığdım. Üstü nəm götürməsin deyə skoçla bağladım, eyvandakı divar şkafının üst tərəfinə yerləşdirdim. Pulu ora qoyanda tavan tam şəkildə bağlı idi”.

Ötən ilin sentyabr ayında bina üzrə istilik sisteminin dəyişdirilməsi xəbərini alan E.Tarverdiyev pulları saxladığı mənzilə gəlib. Dəhlizə keçəndə yuxarı mənzildən evə su axdığını və döşəmədə su izləri qaldığını görüb. Bu səbəbdən üst mərtəbədəki mənzilə qalxıb. Qonşu mənzildə təmir işləri getdiyini görən E.Tarverdiyev mətbəxi və eyvanı gəzərək suyun haradan axması ilə maraqlanıb. Bu zaman eyvandakı şkafın döşəməsinin söküldüyün görüb: “Şübhələnib tez öz mənzilimə düşdüm. Pulları qoyduğum şkafa baxdım, tapmadım. Yenidən üst mərtəbəyə qalxıb ustalardan həmin şkafın yerini sökən fəhlələrin kim olduqlarını soruşdum...”

Qonşu mənzildə təmir işləri gördürən şəxsin Elşən Zamanovun olduğunu öyrənən E.Tarverdiyev onu öz evinə çağırıb. E.Zamanov ona mənzildə Ceyhun və Ramin adlı fəhlələr işlədiyini, şkafı da onların sökdüklərini deyib. Zərərçəkmiş E.Zamanova “zəng vur onlara deynən, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” deyib. E.Zamanov C.Balayevə zəng vurduqda sonuncu “biz heç nə götürməmişik, pul-zad görməmişik” cavabı verib.

Bundan sonra E.Tarverdiyev mənzilindən oğurluq edilməsi faktı ilə bağlı polisə müraciət edib.
Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı və və istintaq dövründə ziddiyyətli ifadələr veriblər. Onlar elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Oğurluq etmədiklərini, işlədikləri mənzildən pul tapdıqlarını, tapdıqları pulu bir ay saxladıqlarını, sahibini gözlədiklərini, pulun uzun illər öncə ermənilər tərəfindən qoyulub getdiyini təxmin edərək götürdüklərini , heç bir cinayət törətmədiklərini bildiriblər.

Əlbətdə, fəhlə işlədikləri evin döşəməsini dəlib aşağıdakı mənzildən xəzinə tapan və asan yolla güzəranlarını yaxşılaşdıran bu adamların dediklərinə nə müstəntiqlər, nə zərərçəkən inanmayıb. İndi onları oğurluq ittihamı ilə cəza gözləyir, 250 min dolların sahibinə geri qaytarılmasının necə mümkün olacağı isə hələ bəlli deyil.

27 Noyabr 2024 Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar
27 Noyabr 2024 Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Xəbər lenti