|
Trend məlumatına görə, idarə rəisi Bakıdakı klinikalardan birinə köçürülmək üçün paytaxta yola salınıb.
***
Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.
O qeyd edib ki, yaralı əməliyyat olunub: “Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti nəzarətdə saxlanılır”.
Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı hissəsi amputasiya edilib. O, həm də çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.