|
Tovuz rayonunda boynundan arı sancan qadın ölüb.
Report-un məlumatına görə, hadisə Tovuz şəhərində 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən - şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.