Eks-deputat Zeynəb Xanlarovanın həbsdə olan bacısı oğlu Daşqın Nəsirovun azadlığa buraxılması etiraz doğurub. Türkan qəsəbə sakinləri olan ahıl qadınlar Baş Prokurorluğun binası önünə gedərək buna etiraz ediblər.
Musavat.com xəbər verir ki, Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və 90 yaşlı Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən bağ torpaq sahələrini saxtakarlıqla ələ keçirməkdə ittiham olunaraq 4 ay əvvəl həbs olunub.

Həmin məlumatda deyilirdi: “Həyata keçirilmiş intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi ”Bağlar Məscidi" deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Daşqın Nəsirovun azad olunmasına torpaqları mənimsənilən, onlara qarşı külli miqdarda ziyan vurulmuş zərərçəkənlər etiraz edirlər. Onlar Baş Prokurorluğun binası önünə gedərək üzərində “Kamran Əliyev, bu işi nəzarətə götürün! Ümidimiz sizədir”, “Cənab Prezident! Yaşlı anaların haqlarını yeyənlərin cəzasını verin!” sözləri yazılmış transparantlarla etiraz aksiyası keçiriblər.

Tələb ediblər ki, 200016059 nömrəli cinayət işi üzrə təqsirli bilinərək həbs edilən Daşqın Nəsirov həbs edilsin.

“Daşqın Nəsirov hazırda Türkan qəsəbəsində açıq-aşkar küçələrdə gəzir və bizə deyir ki, ”nə etdiniz mənə, görün bundan sonra başınıza nələr gəlir! Siz 3 nəfəri tutdurdunuz, mən çıxdım, o biri iki nəfər də çıxacaq", - deyə zərərçəkənlər bildirib.

Onlar deyir ki, Türkan qəsəbəsi o qədər də böyük deyil. Daşqın Nəsirov COVİD-19 xəstəliyi və ev dustağı adı ilə azadlıq əldə edib: “Daşqın Nəsirov xəstə deyil o, hansısa qanunsuz bir yol taparaq azadlıq əldə edib.

Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, Daşqın Nəsirov həbsə qaytarılsın, “günahı” bizə kömək etməkdən ibarət olan Natiq Məhəmmədsoy azad olunsun".

27 Noyabr 2024 Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar
27 Noyabr 2024 Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Xəbər lenti