|
Zaqatala rayonunda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Polad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, P.İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyiti aşkar edilməsi ilə bağlı başlanan cinayət işinin üstü 9 il sonra – 2020-ci ildə açılıb.
Əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı onu bıçaqla xəsarətlər yetirərək öldürməsi müəyyən edilib.
P.İsmayılov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.