|
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, şəhərinin Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.