Bakıda yol polisini aldatmaq istəyən sürücülər belə aşkarlandı - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin göstərişi ilə Bakı şəhər Baş Polis idarəsinin tərtib etdiyi plan əsasında Bakı şəhərində yol-hərərkəti təhlükəsizliyinə dair tədbirlər planının icrası davam etdirilir.

Yol-xeber.az xəbər verir ki, bu gün paytax ərazisində dayanma-durma, parklanma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib. Paytaxtın bir neçə küçə və prospektində təşkil olunan reyd zamanı onlarla sürücü inzibati məsuliyyətə cəlb olunub. Əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb. Sürücülər yer tapmaqda çətinlik çəkdiklərini, xüsusən taksi duracaqlarının olmamasını önə çəksələr də, diqqətə çatdırılıb ki, yol-hərəkəti təhlükəsizliyində hər bir vətəndaşın yol-hərəkəti qaydalarına əməl etməsi vacibdir.

Dayanma-durma, parklanma qaydalarının pozulması digər hərəkət iştirakçılarının ləmgiməsinə, yollarda səbəbsiz yerə vaxt itirmsinə gətirib çıxarır. Bu baxımdan yol polisi sürücülərlə maarifləndirici söhbətləri daha üstün tutur, gələcəkdə qayda pozuntularına yol verməmələri üçün onlara tövsiyyələr verib.

Bu cür tədbirlər paytaxtın bütün rayonlarında davam etdirilib. Bakı Şəhər Dövlət Yol polisi idarəsindən yol patrul xidməti alayı nəzarətində olan bütün ərazilərdə dayanma-durm avə parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizəni davam etdirir. Bakı şəhər dövlət yol polisi idarəsinin bölmə rəisi polkovnik Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər yollardan hərəkətin intensivliyini artıracaq və tıxac və sıxlığın qarşısını almaq üçün faydalı olacaq.

Belə olan halda avtobuslar gecikməyəcək,sərnişinlər tez zamanda mənzil başına çatacaq. Çünki bu günki tədbirlər nəticəsində avtobus dayanacaqlarının taksi sürücüləri tərəfindən zəbt olunması halları aşkarlandı, taksi sürücüləri yer tapmaqda çətinlik çakdiklərini bildirsələr də yol polisi əməkdaşları onların diqqətinə çatdırıb ki, onların kiçik bir səhvi onlarla sərnişinin gecikməsinə və yaxud da yolun hərəkət hissəsinə çıxıb təhlükəyə məruz qalmnasına səbəb olur.

Keçirilən tədbirlər zamanı yol polisini aldatmağa çalışan sürücülərə də rast gəlinib. Belə ki, avtomobilin dövlət nömrə nişanını açaraq maşının yük yerində gizlədən, baqaj qapısını açıq qoyub nömrınin görünməsini məhdudlaşdıran, səkidə maşın saxlayıb özünü əlil kimi təqdim edən və digər bu kimi bəhanələr göstərən sürücülərə rast gəlinib. Hətta “20  Yanvar” dairəsinin tən ortasında avtomobili söndürüb yük yerinin qapısını açıq qoymaqla məsuliyyətdən yayınmağa çalışan sürücünün əməli də yol polisi tərəfindən ifşa olunub. O avtomobilin söndüyünü, yanacağın bitdiyini desə də əməkdaşlar avtomobilin yük yerində ehtiyat yanacaq aşkar ediliblər. Yol polisi əməkdaşının bir cəhdi ilə avtomobilin işlək vəziyyətdə olduğu məlum olub. Yol polisi bu cür bəhanələrlə məsuliyyətdən yayınmağa çalışan sürücülərin hamısı barəsində inzibati protokol  tərtib edilib.

 
27 Noyabr 2024 Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
27 Noyabr 2024 Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar
27 Noyabr 2024 Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Xəbər lenti