|
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb.
Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Kamal oğlu Səmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi "evakuator"un arxa hissəsinə çırpılıb.
Nəticədə sürücü E.Səmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1989-cu il təvəllüdlü Şamil Telman oğlu Bağırov hadisə yerində ölüb.
Hadisə nəticəsində evakuatorun apardığı Qazax rayon sakini, 1973-ci il təvəllüdlü Rövşən Cavad oğlu Əhmədova məxsus "Vita" markalı avtomobilə də ciddi ziyan dəyib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.