|
Oxu.Az xəbər verir ki, hadisə Sənqəçal qəsəbəsində qeydə alınıb.
Yolu keçmək istəyən bir nəfəri “Mercedes Vito” vurub. Piyada hadisə yerində ölüb.
Şahidlərin sözlərinə görə, iki qardaş yolu keçmək istəyib. Qardaşlardan biri sürətlə gələn avtomobili görüb və digərini itələyib. Qardaşını xilas edə bilsə də, özü aldığı zərbədən yerindəcə həyatını itirib.