|
Ötən gündən sosial şəbəkələrdə Bakı hava limanı ərazisində itlərin güllələndiyini əks etdirən görüntülər paylaşılır. Videoda silahlı şəxs və ərazidə olan maşının dövlət qeydiyyatı nömrəsi- 90-JS-693 də aydın görünür.
“Hadisə ilə bağlı Bakı hava limanı da məlumat yayıb. Bildirilib ki, aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır:
“Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də sorğu ilə müraciət etdik, hadisə araşdırıldıqdan sonra açıqlama veriləcəyi bildirildi.