Saatlı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 7-nə təyin olunub.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Saatlı rayonunun Orta Muğan kəndində kənd sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqla qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti