Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.

"Yol-xeber.az"ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd olunub.

Xəbər lenti