İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Yol-xeber.az xəbər verir ki, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. 

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti