|
Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.
“Qafqazinfo” məlumatına görə, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib.
Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.
Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metro stansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.