“İki variant var: Ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi”.

Bunu tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intiharının səbəbləri ilə bağlı qardaşı Elçin Vəliyev “Cebhe.info”ya açıqlamasında deyib.

Mərhumun qardaşı hələlik bacısının həyat yoldaşı və ailəsinin ortalıqda görünmədiklərini bildirib. Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:

“Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdılar ki, Xalidə intihar edib”.

Elçin Vəliyev bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib:

“Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək”.

***
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

APA TV mərhumun yaşadığı əraziyə yollanaraq, onun qonşusundan müsahibə alıb. Bildirilib ki, 10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb.

Həkimin yaşadığı binada təmizlikçi kimi çalışan Məhəbbət Cəbrayılova onun sakit ailəsi olduğunu bildirib:

“Həyat yoldaşı işə gedib-gəlir, heç bir psixoloji problemi yoxdur. Özü də Azərbaycan Dövlət Gömrük Komitəsində çalışır. İki övladları var - bir qız, bir oğlan. Həyəti təmizləyirdim, eşitdim ki, nəsə yerə düşdü və uşaqlar qışqırışdı. Gördüm başqa binadan adamlar baxır, dedi, adam yıxılıb. Eşitdim ki, Xalidə xanımdır. Baxdım ki, qanın içindədir. Beli, ayaqları qırılmışdı. Həyat yoldaşı və uşaqlar gəldi. Hamısı evdə idilər. Yoldaşı çox pis idi, cəsədə baxdı, qayıtdı. Polislər və təcili tibbi yardım gəldi, götürüb apardılar. Xalidə xanımın qardaşı, valideynləri də gəlib-gedirdi. Gözəl insanlar idi, bir dəfə pislik görməmişəm”.

Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, mərhumun həyat yoldaşının psixoloji problemləri olduğu xəbəri yayılmışdı. Bildirilirdi ki, o, 10 ilə yaxındır evdə qapalı şəraitdə qalırmış.

10 Mart 2025 Tanınmış iş adamı Fuad Allahverdiyevlə bağlı şok iddialar
10 Mart 2025 Ermənistan Xankəndidə ölmüş qadının meyitinin təhvil almır - Dövlət Komitəsi
10 Mart 2025 170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb
10 Mart 2025 Dövlət Turizm Agentliyinin əməkdaşı həbs olundu
10 Mart 2025 Avtobus dumanlı havada qəzaya düşdü - Video - Yenilənib
07 Mart 2025 Bakının mərkəzi küçəsindəki qəza ilə bağlı açıqlama - VİDEO
06 Mart 2025 Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var - YENİLƏNİB
06 Mart 2025 Direktorun müəllimlərə "hinduşkabaş" dediyi məktəblə bağlı AÇIQLAMA
06 Mart 2025 Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
06 Mart 2025 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
06 Mart 2025 Bakıda evdə partlayış: yaralananlar var
06 Mart 2025 Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
05 Mart 2025 Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
05 Mart 2025 Fuad Nağıyev istintaqa çağırıldı
05 Mart 2025 Bakıda ağır işgəncəyə məruz qalan azyaşlı anasından alındı, ana saxlanıldı
05 Mart 2025 Neft Emalı Zavodunun ərazisindəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
05 Mart 2025 Kəmaləddin Heydərov yanğın yerinə getdi
05 Mart 2025 İdarə rəisi və işçiləri saxlanıldı - Yenilənib
05 Mart 2025 Neft Emalı Zavodunda yanğın başlayıb - Video
05 Mart 2025 Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Fotolar

Xəbər lenti