|
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Dadaşov küçəsi 57, Təbriz küçəsi 21, Əliyar Əliyev küçəsi 6, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45 və 29/99 ünvanlarında və Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda yanğın təhlükəsizliyinə dair “Şərti yanğın” təlimləri keçirilib.
Bu barədə “FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Təlimlərdə “Şərti yanğın” zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çataraq, “yanğınla mübarizə tədbirlərini həyata keçiriblər”.
Sonra ətrafda yaşayan və çalışan vətəndaşlarla mümkün yanğınların qarşısının alınması və yanğınlar zamanı zəruri davranış qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.
Təlimlər uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.