|
2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Elxan İsgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Əbülfəz Bünyatov barəsində olan polis nəzarətində qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalında həbs edilib.
Elxan İsgəndərovun barəsində həbs qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib. Əbülfəz Bünyatov isə iflic olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilməyib.