Rusiya sülhməramlılarının Xankəndini mühasirəyə aldığına dair məlumatlar yayılıb.
Erməni mənbələrin yaydığı məlumata görə sülhməramlıların ermənilərin Qarabağdan çıxışına maneələr törədir.
Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib.
Bunu hətta erməni ekspertlər də etiraf ediblər. Erməni ictimai xadim Mikael Ayrapetyan bildirib ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsas nöqtəsidir.
“Ona görə də Rusiya problemin həllini istəmir. Rusiya Qarabağı mühasirədə saxlayır ki, erməni əhalisi getməsin”, - o deyib.
Məlumatlara görə, son 5 gündə 100-dən çox erməni Laçın postundan istifadə etməklə Ermənistana köçüb. Yaxın günlərdə köçənlərin sayının daha da çoxalacağı gözlənilir. Bir neçə gündə bu qədər adamın bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlıları hərəkətə keçib və ermənilərin çıxışına problemlər yaradılır. //Publika.az//