|
Erməni teleqram kanallar azərbaycanlılara məxsus sənədlərin fotolarını yaymaqla əhali arasında çaşqınlıq yaratmağa çalışır.
Bu barədə yerli “Mübarizlər 5.45” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, ermənilər müharibə ərəfəsində əldə etdikləri azərbycanlı hərbçilərinin fotolarını yayıblar:
“Ermənilərə məxsus kiçik həcmli teleqram kanallarında yayılan bu 2 şəkil Vətən müharibəsinə aiddir. Müharibə ərəfəsində hər iki tərəfdən hərbçilərin sənədlərinin ələ keçməsi normal sayılır. Ona qalsa, bizdə düşmənə məxsus n qədər pasport, hərbi bilet və s. var idi. Bu iki fotonu paylaşmaqla nə etmək istədiklərini heç özləri də bilmir. Əvvəlki əməliyyat və ya müharibədən qalan videolardan, fotolardan yeniymiş kimi paylaşaraq ictimaiyyətin fikrini yayındırmağa çalışmaq erməni dezinformasiya maşının çoxdanki adətidir. Son bayraq qaldırma videosundan da göründüyü kimi, insident sərhədçilərlə ermənilər arasında yaxın təmasda baş verməyib. Belə olan halda pasport, şəxsiyyət vəsiqəsi və ya hərbi biletin qarşı tərəfə keçməsi mümkünsüzdür” - məlumatda qeyd edilib.