Ermənilər kiminlə SAVAŞA HAZIRLAŞIR? - GƏLİŞMƏ

Son günlər erməni təxribatları kəskin artmaqdadır. Laçın yolundakı təxribatdan sonra vəziyyət daha da kritikləşib. Kəlbəcər, Gədəbəy, Naxçıvan, həmçinin Ağdam və Şuşa istiqamətində bölmələrimiz müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur. Ermənistan tərəfinin Azərbaycanla sərhədə qoşun cəmləməsi ilə bağlı xəbərlər yayılır. “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan bu xəbəri təsdiqləyib.

Bildirib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmçinin ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında fortifikasiya (kəşfiyyat cihazı) qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan isə deyib ki, Zəngəzur və Göyçə vilayətlərinə gedən avropalı müşahidəçilər gərgin vəziyyətlə əlaqədar təcili təxliyə edilib. Onun sözlərinə görə, Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edilib.

Təxribat cəhdləri ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, ermənilər 1 nömrəli hazırlıq vəziyyətinin Azərbaycan Ordusunun hərəkətliliyinə görə elan edildiyini iddia edirlər. Analitik vurğulayıb ki, hərçənd onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür: "Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca. Mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür. Ermənilər Azərbaycan Ordusunun “Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini” iddia edir. Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir. Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür. Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını isbat etmək üçün gətiriblər. Əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz. Əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar. Onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir".
A.Nərimanlı hesab edir ki, Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər: "Azərbaycan Qarabağda genişmiqyaslı antiterror əməliyyatına başlayarsa, Ermənistan tərəfi sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək niyyətinə düşə bilər. Həmçinin Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq istəyər. Naxçıvan istiqamətində təxribatlarla “Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir” görüntüsü yaratmağa, üçüncü ölkələri - Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə nail olmağa çalışar. Bununla yanaşı, sərhəddə təxribatlar törətməklə danışıqlar masasında “güzgü prinsipi”ni, yəni qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq məqsədi güdə bilər. Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən sonra müdafiə naziri Suren Papikyanın Fransaya səfəri də diqqətçəkən məqamlardandır".

23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto
05 Noyabr 2024 İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak oldu

Xəbər lenti