Ermənistan sərhəddə “yardım şousu”na başlayanda Qarabağdakı separatçıların da “mülki ermənilərin” Laçın postuna doğru yürüşünü təşkil edə biləcəyini yazmışdıq. Artıq Xankəndində hazırlıq gedir, erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Bununla erməni əhalisinin Ağdam marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq istəyirlər.

Sərhədin bir tərəfindən Ermənistandan gələn yüklər, digər tərəfində “ac olduqları” iddia edilən ermənilər. Dünya üçün teatr səhnəsi düzəldəcəklər.

Diqqətçəkən məqamlardan biri yürüşü hazırlayan “ictimai fəalların” açıqlamasında “aksiya zamanı güc tətbiqi və zorakılıq edilməyəcək, aksiyada qadınlar da iştirak edəcək” sözləridir. Bununla “bu, qadınların da iştirak etdiyi dinc aksiyadır” rəyini yaradır və hər-hansı hadisə baş verdiyi təqdirdə Azərbaycanı günahlandırmağa hazırlaşırlar. Və məhz bu məqam “dinc aksiya” zamanı təxribatın törədilə biləcəyi gözləntisini də ön plana çıxarır: orada bir erməninin burnu qanasa, bu Ermənistan üçün də, separatçılar üçün də, reinteqrasiyaya qarşı olan və Laçın postunun açılmasını istəyən maraqlı tərəflər üçün də göydəndüşmə olacaq;

Mümkün təxribatlara qarşı hazırlıqlı olmaq lazımdır. Rəsmi Bakı buna qarşı müəyyən tədbirlər görə bilər:

- Baş verə biləcək hadisələrə görə məsuliyyətin Ermənistan və separatçıların üzərinə düşdüyü ilə bağlı beynəlxalq müstəvidə məlumatlar yayıla bilər;
- Bu təxribatın qarşısının alınması üçün Rusiya sülhməramlılarına müraciət edə bilər: əks təqdirdə, məsuliyyət sülhməramlıların da üzərinə düşür;

Separatçıların “yanacaq olmadığı” üçün ictimai nəqliyyatı dayandırması fonunda “aksiya iştirakçıları”nın avtobuslarla Laçın postuna daşınacağı da diqqətdən qaçmayan detallardandır.

23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto
05 Noyabr 2024 İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak oldu

Xəbər lenti