|
İranın təhlükəsizlik məmurları Ərdəbil əyalətinin Biləsuvar gömrüyünün 8 işçisini həbs edib.
Axar.az xəbər verir ki, bu barədə İran Biləsuvarının prokuroru Rəhim Cəngcu açıqlama verib.
Məlumata görə, həbs edilənlər rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.
Daha 9 gömrük əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduğu üçün araşdırma başladıldığı bildirilib.