|
Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib.
Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.