Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində boyun nahiyəsindən yaralanan hərbi qulluqçumuz əməliyyat olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə ixtisaslaşmış tibb müəssisələrindən birində zəruri cərrahi əməliyyat keçirib. Həkim nəzarətində müalicəsini davam etdirir. Vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

22 Aprel 2025 Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
22 Aprel 2025 Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib- Video
22 Aprel 2025 Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
22 Aprel 2025 "Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı
22 Aprel 2025 İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı
22 Aprel 2025 Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var - YENİLƏNİB
22 Aprel 2025 Prezidentin İşlər İdarəsinin əməkdaşı vəfat edib
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar

Xəbər lenti