Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.

Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyini soruşulub. O bildirib ki, burda oturanların günahı yoxdur:

"Burada oturanlara yön verən mən olmuşam. Silahlar da özümün olub. Fazil Mustafanın" facebook" sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib. Aşuranı təhqir edib. İnsanlara aşurada "ulaşır, mələşir" deyirdi. Etdiyim əməldən peşman deyiləm. Nə cəza verəcəksinizsə, tez verin".

Daha sonra A. Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub.

Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. O, hadisə barədə danışıb:

"Mənim günahım Azərin verdiyi silahı saxlamışam. Burada olanlar içərisində təkcə Azəri tanıyıram. Onu məsciddən tanıyıram. Sonra onunla yağ satırdıq. Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb. Tutulanda məndən Valeh İsmayılovu soruşurdular. O mənim uşaqlıq dostum olub. Sonra Suriyada müharibə olanda ora getdi. Oradan da İrana keçdi orada yaşayır.

Hadisədən qabaq Azər mənə silah verdi. Dedi, saxla gəlib götürəcəyəm. Mən də sonra silahı Xəyyama verdim. O da Azərə verməli idi. Daha sonra telefonumda bəzi şəkillər vardı. Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub. Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Hadisədən sonra Azərin tutulduğunu gördüm. Qorxub əvvəl İstanbula sonra da İrana getdim. 10 gün Qumda qalandan sonra Bakıya qayıtdım. Xəyyamdan soruşdum, silahı nə etmisən, dedi ki, dənizə atmışam".

Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.

Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

22 Aprel 2025 Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
22 Aprel 2025 Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib- Video
22 Aprel 2025 Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
22 Aprel 2025 "Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı
22 Aprel 2025 İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı
22 Aprel 2025 Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var - YENİLƏNİB
22 Aprel 2025 Prezidentin İşlər İdarəsinin əməkdaşı vəfat edib
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar

Xəbər lenti