“Yol terroru” dayanmır - 3 gündə 15 nəfər həlak club
Elməddin Muradlı: “Qaydalara əməl olunsa, yol qəzaları, müvafiq olaraq ölüm halları da bu həddə olmaz”

Avtoqəzalar günümüzün ən aktual problemlərindəndir. “Yol terroru” hər gün can almaqda davam edir. Yol qəzaları ilə bağlı statistik məlumatlar ümumilikdə qəza və hadisələrlə bağlı məlumatlar sırasında ilk yerləri tutur.

Son 3 gündə yollarda baş verən qəzaların dəhşət saçan  statistikası belədir. Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 22-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Masallı rayon sakini Xəzər Yusifli idarə etdiyi “MAN” markalı yük avtomobilini körpüdən dəmir yolu xətinin üzərinə aşırıb. Nəticədə sürücü və sərnişini Əzim Məmmədov hadisə yerində ölüblər. Həmin gün  3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Culfa rayon sakini Yavər Kələntərov idarə etdiyi “DAF” markalı avtomobili aşırıb və sonradan qoşqusundakı yanacaq çənində yanğın baş verib. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

2 saat sonra daha bir qəza Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Zaqatala rayon sakini Ş.Abramov idarə etdiyi “Mercedes-Benz V 220" markalı avtomobili yolun üzərində aşmış vəziyyətdə olan ”Shacman" markalı avtomobilə vurub. Nəticədə onun sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

 

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində də həmin gün daha bir qəza qeydə alınıb. M.Abdullayev idarə etdiyi “VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini Aybəniz Əlimirzəyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmin gecə 23 radələrində Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində rayon sakini M.Məmmədov idarə etdiyi “VAZ-21063" markalı avtomobillə yolu keçən Mayak qəsəbə sakini Oruc Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

“Yol terroru” ile ilgili görsel sonucu

Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131" markalı avtomobili çaya aşırmışdır. Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.

Növbəti gün,  noyabrın 23-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini Mehman Əhmədov idarə etdiyi “QAZ-2410" markalı avtomobili qarşıda gedən Şəmkir rayon sakini F.Mahmudovun idarə etdiyi ”KamAZ" markalı avtomobilin qoşqusuna vurub. Nəticədə M.Əhmədov və sərnişini Vüqar İbadov hadisə yerində ölüblər. Daha bir qəza Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Fəridə Əbilovanın idarə etdiyi “Kia” və S.Ömərovun idarə etdiyi “VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə F.Əbilovanın sərnişini Rəsmiyyə Eminova hadisə yerində ölüb.

Noyabrın 23-də 20 radələrində Cəlilabad şəhərinin ərazisində şəhər sakini Mirzəbəy Cəfərov idarə etdiyi “VAZ-21063" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Noyabrın 24-də də ölkə qəzasız ötüşməyib. 23 radələrində Səbayel rayonu ərazisində Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109" markalı avtomobilə dəyib. Nəticədə A.Musayev hadisə yerində ölüb.

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini M.Hüseynov idarə etdiyi “VAZ-2103" markalı avtomobillə yolu keçən Məmmədağa Gülməmmədovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Daha bir qəza isə Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində Tərtər rayon sakini S.Nuriyev idarə etdiyi ”Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rauf Həsənovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yol qəzalarında hər gün insan ölümləri baş verir. Aktuallığını saxlayan problemin qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Daha effektiv metodlar varmı?  Yol qəzalarının qarşısının alınması tam mümkün olmasa da, bu hadisələrin sayının azalmasına necə nail olmalı?

“Bu problemə qarşı mübarizə aparmaq üçün bir neçə istiqamətdə tədbirlər görülməlidir. Yol qəzalarının baş verməsində müxtəlif səbəblər var. Bu məsələdə əsasən yol hərəkəti, onun təşkili, sürücü hazırlığı, hərəkət iştirakçılarının hazırlıq səviyyəsini qeyd etməliyik. Bu problemlər yol qəzalarının baş verməsində əsas səbəblərdəndir. Yol qəzaları ilə bağlı effektiv metodlarla mübarizə aparılmalıdırsa, bu amillər nəzərə alınmalıdır.

Elməddin Muradlı ile ilgili görsel sonucu

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, ölkədə hər gün 2-3 nəfər yol qəzalarında həyatını itirir. Ekspert deyir ki, yol qəzalarının əsas səbəbi yol hərəkəti qaydalarının pozunlması nəticəsində baş verir. Ekspertin qənaətinə görə, yol nəqliyyat hadisələrinin baş verməsinin digər səbəbi isə yolların işiqlandırılmamasıdır: «Amma insan amili də unudulmamalıdır. Azərbaycanda yol hərəkəti iştirakçıları hazırlıq, təhlükəsizlik baxımından çox zəifdir. İstər piyada, istərsə də sürücü qismində. Bəziləri elə zənn edir ki, yol hərəkəti qaydaları cərimə yazmaq üçün tətbiq olunub. Bu qaydalar əslində sağlam və normal yaşamaq, təhlükəsizlik üçündür. Əksər sürücülər bunu dərk etmir və ona görə də qəzalar baş verir. Sürücü və ya piyadalar yol hərəkəti qaydalarını pozurlar. Bu isə ağır nəticələrə səbəb olur. Qaydalara əməl olunsa, yol qəzaları, müvafiq olaraq ölüm halları da bu həddə olmaz".

23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto
05 Noyabr 2024 İcra başçısının bacısı oğlu faciəvi şəkildə həlak oldu

Xəbər lenti