|
Bakıda Salyan sakinini elektrik cərəyanı vurub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə paytaxt Bakıdakı “avtoyuma” məntəqələrindən birində baş verib.
Həmin məntəqədə işləyən 1994-cü il təvəllüdlü Xələc kənd sakini Hüseynov Araz Çingiz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
Mərhumun meyiti bu gün Xələcə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.