|
Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların tez-tez qaydaları pozması ilə bağlı şikayətlər daxil olur. Dəfələrlə məhz avtobus sürücülərinin qaydaları kobud şəkildə pozması qəzalara səbəb olub və insan itkisi ilə nəticələnib. Yol-xeber.az xəbər verir ki, vətəndaşlardan birinin "Report"a təqdim etdiyi videomaterialda Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində qaydaları pozan avtobus sürücülərinin qayda pozuntuları yer alıb. Belə ki, 10 TF 896 dövlət nömrə nişanlı, 26 nömrəli (BNA 14013) marşrut avtomobusunun sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxır. Bununla da qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradır.
Eyni küçədə 67 nömrəli (BNA 65003) marşrut avtobusu yolayrıcına təhlükəli şəkildə dönərək manevr qaydalarını, eyni zamanda yol ayrıcını keçmə qaydasını pozur. Digər sürücünün peşəkarlığı qəzanın baş verməməsinə səbəb olur. Videogörüntüləri təqdim edirik.