Azərbaycanlı məşhurlar Heydər Əliyevin xatirəsini belə yad etdi
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

12 dekabr 2003-cü ildə 81 yaşında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev vəfat edib. Azərbaycan xalqının yaddaşında Heydər Əliyev əbədi siyasi düşüncə və müdrikliyə malik, peşəkar və bacarıqlı bir təşkilatçı olaraq qalacaqdır.

Heydər Əliyevin ölümü bütün böyük bir dövrün altına xətt çəkib. 

Ümummilli liderin xatirəsini Azərbaycan məşhurları da yad edib və onun haqqında paylaşımlar ediblər.

Xalq artisti Nazpəri Dostəliyeva “İnstagram” səhifəsində paylaşım edərək, Ümummilli liderin xatirəsini yad edib.

Görkəmli aktyor, Xalq artist Yaşar Nurinin qızı Ülkər Yaşarqızı Heydər Əliyevin aktyor ilə çəkilən fotosunu yayımlayıb. O, paylaşımını belə şərh edib:

“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyev”.

Aşıq Namiq Fərhadoğlu isə Heydər Əliyevi hörmət və ehtiramla yad edib.

Müğənni Nadir Qafarzadə də Ümummilli lider Heydər Əliyev haqqında paylaşım edən məşhurlardandır. O, paylaşımını belə şərh edib:

“16 il sənsiz! “Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Bu günüm, sabahım, Heydər söyləyəcək!”

Əməkdar artist Bəhram Bağırzadə Heydər Əliyevlə birgə olan fotosunu paylaşaraq, onun xatirəsini dərin hüznlə yad edib.

Xalq artisti Aybəniz Haşımova isə Heydər Əliyevin ona dünyanı bəxş etdiyini qeyd edib.

“O, gün çox ağrıdım...Hətta için-için ağladım...Makedoniyalı İskəndərdən soruşanda ki, atanı çox sevirsən, yoxsa müəllimini? Atam məni dünyaya bəxş edib, müəllimim isə dünyanı mənə bəxş edib deyə cavab verir. Bəli, Ulu öndər mənə dünyanı bəxş edib! Niyazi, Şövkət xanım, Arif Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Gülarə Əliyeva, Oqtay Kazımov, Nazim Əliverdibəyov kimi dahilərin tələbəsi olmaq hərbir kəsin ən böyük arzusu və mənimsə gerçəyim olub! Minnətdaram sənə əziz Heydər Babam! Təşəkkür edirəm sənə Heydər Əliyev”.

Xalq artisti Mənsum İbrahimov Ümummilli liderin xatirəsini ehtiramla yad edən sənət adamlarındandır. O, bu barədə paylaşım edərək qeyd edib:

“Ulu öndərimizi ehtiramla yad edirik. Allah rəhmət etsin!”

21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti