Yol polisindən nümunəvi davranış: əlində bel dağılmış yolu belə düzəltdi - VİDEO
Bizim işimiz hər zaman vətəndaşın xidmətində olmaqdır

Bakıda yol polisinin nümunəvi hərəkəti vətəndaşlardan biri tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, videoda YPX insoektoru hərəkət zolağının dağılmış hissəsini qum ilə doldurur. Əlində bel yaxınlıqdakı dayanacaqdan qum götürən yol polisi sürücülərin rahat keçməsi üçün yolu düzəldir.

Avtosfer.az-ın araşdırmasına görə hadisə Suraxanı rayonu İlqar Musayev küçəsində baş verib. Görüntülərdə əks olunan YPX əməkdaşı isə Suraxanı rayon Dövlət Yol polisi Şöbəsinin əməkdaşı, polis baş serjantı Tural Kamranzadədir.

Avtosfer.az-a açıqlamasında Tural Kamranzadə bildirib ki, ərazidə 99 YP 288 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət apararkən yolun ortasında yağışdan sonra yaranmış dağıntıya görə avtomobillərin məcburən əks istiqamətə çıxdığını görüb. “Mənimlə bilikdə xidmət aparan inspektor Elçin İsmayılovla birlikdə ərazidə dayandıq. Elçin avtomobillərin hərəkətini tənzimlədi. Mən isə yaxınlıqda yeni quraşdırılan və təmir gedən dayanacaqda işləyən fəhlələrdən bel istədim. Ardınca orda olan qumla dağılmış yeri düzəltdim ki, avtomobillər əks yola çıxmağa məcbur olmasınlar. Bu təhlükə yaradır.”

 

Bu polisin işi deyil, bunun üçün aidiyyəti qurumlar var fikrinə münasibət bildirən Tural Kamranzadə qeyd edib ki, polis də bir vətəndaşdır. “İlk növbədə bizim işimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Mövcud vəziyyətdə isə yolda təhlükə yaranırdı. Orda gözləmək, aidiyyəti qurumları çağırmaq kifayət qədər vaxt aparardı. Amma qəza hər an baş verə bilər. Odur ki, bunu etməklə sürücülərin təhlükəsiz hərəkətini təmin etmiş olduq. Bizim işimiz hər zaman vətəndaşın xidmətində olmaqdır.”

Avtosfer.az olaraq yol polisi əməkdaşına bu nümunəvi davranışına görə təşəkkürümüzü bildiririk.

 

 
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti